Xalq artisti Faiq Ağayev aktyorluq etmək istəyir. Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "Gündəlik" verilişində xəbər verib: "Aktyorluq mənə çox maraqlıdır. Amma heç vaxt rejissorlardan film, serial təklifi almamışam. Yəqin yüksək qonorar istəyəcəyimdən qorxublar. Mənim üçün rolun mənfi və ya müsbət olması prinsip deyil. Pislik edən bir obraz daha yaddaqalan olur. Özəl bir obraz istəmirəm. Maraqli ssenari olsun, oynayaram".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.