İsa Həbibbəyli AMEA-dakı islahatlar barədə: Proses başlayıb, müxtəlif variantlar var
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatlar prosesi başlayıb. Prezident İlham Əliyevin struktur islahatlarının aparılması ilə bağlı verdiyi tapşırıq əsasında Akademiyanın rəhbərliyi tərəfindən buna hazırlıq işləri aparılır.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, islahatların aparılması zamanın tələbidir və bununla bağlı qarşılarına konkret vəzifə qoyulub: "AMEA rəhbərliyi də idarəetmənin daha da təkmilləşdirilməsi, elmin daha effektiv nəticələr verməsi üçün zəruri islahatların aparılmasına çalışır"
İ.Həbibbəyli qeyd edib ki, Akademiya islahatların aparılması üçün müəyyən təkliflər paketi hazırlayır.
AMEA-nın vitse-prezidenti hazırda islahatların aparılması üçün müəyyən layihələr üzərində düşünüldüyünü və variantlar axtarıldığını söyləyib:
“Bu islahatların aparılması üçün müxtəlif variantlar var. Onlardan hansının istifadə ediləcəyini müəyyən etmək üçün geniş müzakirələr aparılmalıdır. Bizim vaxtımız var ki, Prezidentin verdiyi altı ay ərzində daha optimal variantlar hazırlayaq. Hələlik isə bu islahatlar hazırlıq mərhələsindədir. Bunun ətrafında sosial şəbəkələrdə və mediada müxtəlif fikirlər səsləndirilir. Bu da Akademiyada müəyyən çaşqınlıq yaradır. Ona görə də çox istərdim ki, media bu işlərə müdaxilə edərək aparılan islahatlar prosesinə mane olmasın, çünki elə məsələlər var ki, hələ daxili müzakirə səviyyəsindədir”.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il yanvarın 17-də Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, AMEA strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə işçi qrupu yaradılmasını və müvafiq təkliflərin Azərbaycan Prezidentinə təqdim edilməsini altı ay müddətində təmin etməlidir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.