banner
banner

Sosİal

İcra başçısının oğlu Bakıda nömrəsiz “Ferrari” sürür – FOTO

İcra başçısının oğlu Bakıda nömrəsiz “Ferrari” sürür –
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kiçik oğlu Ramal Quliyevin paytaxtda nömrəsiz qırmızı rəngli "Ferrari" sürdüyü ortaya çıxıb. Ramal Quliyev tez-tez bu avtomobildən istifadə edir və DYP əməkdaşları onu heç vaxt saxlamağa cürət etmirlər.
Qeyd edək ki, avtomobili dövlət nömrə nişanı olmadan idarə etmək qanunla qadağandır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bir müddət öncə mətbuağı açıqlamasında bildirmişdi ki, nəqliyyat vasitəsinin bir və ya hər iki qeydiyyat nişanı olmadan idarə olunması qadağandır: «Heç bir halda icazə verilmir ki, sürücü avtomobilini nömrəsiz idarə etsin. Bu məsələ hər zaman yol polisinin diqqət mərkəzindədir».

Zənginlərin sevimli oyuncağı
 
Sirr deyil ki, ölkəmizdə məmur övladları əksərən cəmiyyət üçün nümunəvi olmurlar. Onların bəziləri valideynlərinin tutduğu vəzifəyə güvənərək, ciddi qanun pozuntularına yol verir, xoşagəlməz hadisələrlə gündəmə gəlirlər. Mətbuatda bahalı maşınları, “avtoşluq”ları ilə ad çıxaran, qiymətli qızıl-zinət əşyaları ilə öyünən, bahalı villalarını sosial şəbəkələrdə açıq-aşkar reklam edən məmur övladları və onların “şıltaqlıqları” gözdən yayınmır. Qiyməti yüz minlərlə ölçülən maşınlarla Bakıda avtoxuliqanlıq edən məmur balalarının yol verdiyi nöqsanlardan gələn zərbə özlərindən daha çox valideynlərinə dəyir. Məmurların işdən çıxarılmasında özlərinin yol verdikləri nöqsanlarla yanaşı, bir çox hallarda övladlarının da davranışları mühüm rol oynayır.
Eləcə də Ramal Quliyev və onun avtomobili bu sıralamaya daxildir. Nömrəsiz idarə etdiyi avtomobilin ən ucuzunun qiyməti 300 mindən başlayır. 

Qeydiyyat nişanı və qanunvericilik

"Cia.az" nömrəsiz avtomobil idarə etməyin qanunvercilikdəki qaydalarını araşdırıb. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.

Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir. Dövlət qeydiyyat nişanı itirildikdə, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki dövlət qeydiyyat nişanının itirilməsi barədə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir.

Bütün bunlarla yanaşı atasının vəzifədə olmasına güvənən Ramal Quliyev qanunu ayaqlar altına ataraq istər rayonda, istərsə də paytaxt Bakı şəhərində istədiyi kimi hərəkət edir və hətta dövlət nömrə nişanı olmadan avtomobil idərə etməkdən çəkinmir.
Avtomobilin nömrəsiz idarə olunması radar və müşahidə kameralarından yayınmağa xidmət edir. Üstəlik, bu avtomobillərin hər hansı biri ilə qəza törədilmiş olsa, onu aşkara çıxarmaq çətinliklər yaradır. Ümumiyyətlə, dövlət nömrə nişanı hər bir avtomobili fərqləndirən və tanıdan bir vasitədir. Çox hörmətli Nizaməddin Quliyevin oğlu da bu fərqi hiss edib qaydalara uyğun hərəkət etsə, yaxşı olardı. Yol polisinin də bu məsələyə müdaxiləsi vacibdir. Hər halda, Azərbaycan qanunvericiliyində nömrə nişanı olmayan avtomobil idarə etməsinə icazə verilmir. Ölkənin birinci şəxsi dövlət nömrə nişanı olan avtomobil idarə edirsə, nəinki əlillər, hər bir sürücü bu qaydalara əməl etməlidir.
(CİA.AZ)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.