Fransanın cənubunda qəzaya düşən təyyarədə sərnişinlərin 39 nəfərinin türk olduğu iddia olunur. Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsindəki sərnişinlərdən 39 nəfəri türk soyadlı olub. Hələlik isə həmin sərnişinlərin vətəndaşlığı və şəxsiyyətləri barədə heç bir məlumat yoxdur. Qeyd edək ki, Barselonadan havaya qalxaraq Almaniyanın Düsseldorf şəhəri istiqamətində hərəkət edən, göyərtisində 142 sərnişinin və altı ekipaj üzvünün olduğu Almaniyanın “Germanwings” hava yolları şirkətinə məxsus Airbus A320 sərnişin təyyarəsi Fransa ərazisində qəzaya uğrayıb. Hazırda xilasedicilər hadisə yerində çalışır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.