UEFA-dan növbəti yenilik - Səfər qolu qaydası ləğv olunur
UEFA Çempionlar Liqasında səfər qolu qaydasını ləğv etməyə hazırlaşır. Qol.az-ın Almaniyanın "Kicker" nəşrinə istinadən yaydığı xəbərə görə, məsələ qurumun İcraiyyə Komitəsinin sabah Romada keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və bu barədə yekun qərar qəbul olunacaq. Böyük ehtimalla, sözügedən qayda dəyişdiriləcək. Qeyd edək ki, Çempionlar Liqası da daxil olmaqla, bəzi turnirlərdə səfərdə vurulan qollar komandalar üçün üstünlük hesab edilir. Bu qayda bir sıra klubların narazılığı ilə qarşılanır. Bundan əvvəl İngiltərə kubokunda səfər qolu qaydası ləğv olunub. Beynəlxalq Futbol Assosiasiyaları Birliyi də ölkə federasiyalarına bu qaydadan imtinaya icazə verib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb