Rusiya generalı Donetsk ərazisində Ukrayna silahlı qüvvələrinin atəşi altına düşüb. ANS PRESS-in məlumatına görə, Donetsk vilayətinin Şirokino qəsəbəsində baş verən hadisə haqda Rusiya mətbuatı yazıb. Rusiya Federasiyasının generalı Aleksandr Lençov əlaqə qrupunun heyətində həmin ərazidə olub. Generalla birgə qrupun heyətində "Donetsk" və "Luqansk" xalq respublikalarının nümayəndələri də atəşə tutulub. Donetsk ərazisində Şirokino qəsəbəsi altında atəşə tutulan nümayəndələrə PTUR-dan və böyuk kalibrli pulemyotdan atəş açılıb. Rusiya mətbuatı Donetskdə olan Rusiya general-polkovniki Aleksandr Lençovun sülh prosesini müşahidə etdiyini qeyd edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.