banner
banner

İqtİsadİyyat

Sumqayıtda 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub

Sumqayıtda 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub

Sumqayıtda 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.

Trend-in məlumatına görə, bu barədə Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

Qeyd olunub ki, ötən dövrdə 100 yaşayış binasının dam örtüyü metal kirəmitlə əvəz edilib və 68 yaşayış binasında işlər davam etdirilir. Ümumilikdə son illərdə 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.

Hesabat dövründə lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 105 lift, ümumilikdə son illər 367 lift yenisi ilə əvəz olunub.

 

Həmçinin bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin açılışı olub.

Hesabat ilində şəhər prokurorluğunun yeni inzibati binasının tikintisi başa çatdırılıb, “Nizami” kinoteatrının sökülərək yenidən layihələndirilməsinə və Corat qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Məhkəmə kompleksində işlər davam etdirilib. Metallurq küçəsində kompleks yenidənqurma işləri aparılıb, həmin küçədə Acı Dərə kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar 1800 p/m yeni suötürücü kanalizasiya xətti çəkilib.

Şəhərdə 16 küçə və yolda, 10 mikrorayon və 8 məhəllədaxili ərazilərdə ümumilikdə 555,0 min kv.m asfalt örtüyü, 14200,0 p/m beton, 748,0 p/m qranit bardür dəyişdirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.