Aktyor Kənan İmirzalıoğlu Levent istiqamətində yerləşən sağlamlıq mərkəzindən çıxarkən görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, "Estetik elətdirmək üçün buraya gəlmisiniz" sualına "Xeyr, 20 ildə buna ehtiyac duymamışam" deyə cavab verib.
Media işçilərində aktyorun hansı səbəbdən xəstəxana getməsinin maraq doğurduğunu görən Kənan "Son zamanlar gəzən virusa yoluxmuşam" deyərəm avtomobilinə əyləşib və ərazidən uzaqlaşıb.
Məlumata görə, səhər saat 10:00-da xəstəxanaya gedən aktyor oradan axşam 18:00-da çıxıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.