banner
banner

İdman

Aaron Remzi “Yuventus”da – RƏSMİ

Aaron Remzi “Yuventus”da – RƏSMİ

İtaliyanın “Yuventus” futbol klubu rəsmi olaraq “Arsenal”ın və Uels yığamsının yarımmüdafiəçisi Aaron Remzi ilə müqavilə imzaladığını bəyan edib.

Trend-in məlumatına görə, 28 yaşlı futbolçu 2019-cu ilin iyul ayının 1-dən “Yuventus”a azad agent qismində qoşulacaq.

 

Remzi yeni klubunda illik 23 milyon avro qazanacaq. O, portuqaliyalı Kriştianu Ronaldodan sonra (31 milyon avro) klubun ən çox qazanan ikinci futbolçusu olacaq.

Xatırladaq ki, Remzi 2008-ci ildən “Arsenal”da çıxış edir, onun hazırki müqaviləsi isə 2019-cu ilin yayına kimi nəzərdə tutulub. Futbolçu İngiltərənin cari mövsümündə 22 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürməyə imza atıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.