Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarına start verib. Fevralın 11-də komissiya bu il üçün ilk iclasını keçirib. Bu barədə “Yeni Müsavat”a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.
Komissiya üzvü Novruz bayramında əfv sərəncamının verilib-verməyəcəyi barədə sualımıza bu cür cavab verdi: “Fevralın 11-dən etibarən Əfv Komissiyasının iclasları başladı. Həftə ərzində iclaslar davam edəcək. Düşünürəm ki, Novruz bayramına qədər işləri yekunlaşdırmaq mümkün olacaq. Daxil olan müraciətlər komissiyada hərtərəfli araşdırılır, müvafiq rəylər hazırlanır. Əfv etmək prezidentin müstəsna səlahiyyətləri sırasına daxildir. Hazırlanan siyahı cənab prezidentə təqdim olunur. Düşünürəm ki, Novruza qədər qalan vaxt işlərimizi yekunlaşdırmaq üçün yetərlidir. Hörmətli sədrimiz tərəfindən hər şey planlaşdırılır. Vaxtlı-vaxtında iclasların keçirilməsi ona imkan verir ki, hər şey vaxtında başa çatacaq və rəylər cənab prezidentə təqdim olunacaq. İclaslar həftədə bir dəfə də, bir neçə dəfə də ola bilər. Ötən ildəki iclaslarımızda bəzən həftədə bir neçə dəfə yığışırdıq. Bu il də iclaslar davam etməkdədir. Novruz bayramı ərəfəsində əfvin olacağını istisna etmirəm. Lakin istənilən halda, əsas söz sahibi cənab prezidentdir”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu bu həftə toplana biləcəklərini söylədi: “Səməd Seyidovla görüşümüz barədə mətbuata məlumat vermişik. Bu həftə çalışacağıq ki, İşçi Qrupunu toplayaq. Qrupun üzvlərinin hamısı ilə tək-tək danışırıq. Artıq Əfv Komissiyası da işlərinə start verib. Siyahılara yenidən baxırıq. Tək özümüzün deyil, digər hazırlanan siyahılara da diqqət edirik. Çünki azadlığa çıxanlar var. Eyni zamanda siyasi məhbus kriteriyalarına cavab verməyənlər də çoxdur. Novruz bayramında əfvin olacağına çox inanırıq. Gözləyirik ki, əvvəlki əfvlərdən fərqli olaraq daha çox siyasilərdən azadlığa çıxanlar olsun. Bizim siyahımız tam hazır deyil. Amma bir siyahı təqdim etmişik, sadəcə, indi göz gəzdiririk”.
Qeyd edək ki, sonuncu dəfə ötən ilin may ayında əfv sərəncamı imzalanıb və 634 nəfər azadlığa çıxıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.