“Çelsi”nin sabiq yarımmüdafiəçisi Frenk Lempard doğma kluba qayıdacağı ilə bağlı məlumatları təkzib edib.
AS nəşri yazır ki, hazırda “Derbi Kaunti” klubunda məşqçi işləyən Lempard “Çelsi”yə hörmət etdiyini, lakin London klubuna məşqçi qismində qayıtmaq niyyətində olmadığını bildirib.
“Mən bu kluba, eləcə də Maurisio Sarriyə hörmət edirəm. “Derbi Kaunti” ilə çox işləyirəm və hazırda “İpsviç”lə oyun barədə düşünürəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bir müddən öncə “Çelsi”nin sahibi Roman Abramoviçin Maurisio Sarrini istefaya göndərmək istədiyi barədə məlumatlar yayılmışdı.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb