Məşhur "Variety" dərgisi ötən il film, televiziya, musiqi, texnologiya və yarışma sektoruna damğasını vuran məşhurların adını açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 500 nəfərin yer aldığı siyahıda aparıcı-prodüser Acun İlıcalının da adı var. Məlumata görə, siyahıda 358 amerikalı, 30 ingiltərəli, 15 fransalı, 13 çinli, 12 almaniyalı, 11 hindli, 8 italyalı, 6 ispaniyalı və 1 türkiyəli yer alıb. Tanınmış simalardan Meril Strip, Riz Viterspun, Tim Kuk, Mark Zukerberq, Emma Ston kimilərin adına həmin siyahıda rast gəlmək mümkündür.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.