banner
banner

İdman

Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək

Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək

Martın 5-də Qazaxıstanın paytaxtı Astanada start götürəcək komandalararası dünya çempionatı üçün Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandasının heyəti açıqlanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çıxış etməyəcək. Bu, hər iki qrossmeysterin FIDE Qran Prilərinə hazırlaşmaları ilə əlaqədardır. Əvəzində mundialda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov mübarizə aparacaq. Onlar yeni kapitan Cahangir Ağarəhimovun rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, yarışa Çin, İran, ABŞ, Misir, Rusiya, Polşa, Böyük Britaniya, Qazaxıstan və Hindistan yığmaları da qatılacaq. Martın 14-dək davam edəcək 9 turluq dünya çempionatı Astana Beynəlxalq Maliyyə Mərkəzində təşkil olunacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.