Portuqaliya çempionatının 2-ci liqasında 22-ci turun oyunları keçirilir. Qol.az xəbər verir ki, U-21 millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Eştoril” səfərdə “Mafra” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Dadaşovun adı bu dəfə də matçın protokoluna daxil edilməyib.
Qeyd edək ki, 22 oyuna 37 xal toplayan “Eştoril” 4-cü pillədə qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.