Moskvada cinayətkar dəstə 10 iş adamını oğurlayıb. Cinayətkar dəstə biznesmenləri avtomobillə təqib etdikdən sonra onları oğurlayırmış. İstintaqın gedişində məlum olub ki, həmin cinayətkarlar varlı iş adamlarını məcburi şəkildə meşəyə apararaq qarət edirmiş. Polis əməkdaşları fevral ayında cinayətkarlardan 4-nü müəyyən ediblər. Məlum olub ki, cinayətkar dəstənin bütün üzvləri əvvəllər anoloji əməllərinə görə mühakimə ediliblər.
Hüquq mühafizə orqanlarından bildirilib ki, həmin cinayətkar dəstə əvvəlcə özlərinə qurban seçir və bir neçə gün onu güdürlərmiş. Daha sonra qəsdən qəza vəziyyəti yaradan cinayətkarlar zərərçəkmiş qismində iş adamının avtomobilinə əyləşirdilər. Bundan sonra meşə ərazisinə gətirilən qurbanlardan işgəncələrlə pul alınırdı. Bir neçə iş adamı işgəncələrdən o qədər qorxub ki, dindirilmə zamanı şübhəlilər barədə hər hansı ifadə verməkdən imtina edib. Yalnız biri iş adamı ona zərər dəydiyi barədə polisə müraciət edib. Qeyd edək ki, artıq faktla bağlı cinayət işi açılıb və hazırda araşdırma aparılır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.