Dünyanın cazibədar modellərindən biri olan Keyt Apton yeni fotosessiya etdirib. Aktrisalıq da edən Apton məşhur geyim markası "Express" üçün kamera qarşısına keçib. Çəkilişlər Floridada baş tutub. Bədən formasına görə, seçilən 22 yaşlı gənc aktrisa və model bir müddət əvvəl onlayn jurnal olan "The Edit" üçün də kamera qarşısına keçmişdi. Jurnalın həmin sayında Keyt özünün sosial şəbəkələr haqqında fikrilərini bildirmişdi. "Məncə, sosial şəbəkələr müəyyən vaxt keçəndən sonra tamamilə mənasız bir şeyə çevrilir. Mən tvitter hesabımı açanda bu, mənə çox maraqlı gəlirdi. Pərəstişkarlarımla ünsiyyətdə olurdum. Amma sonra bütün bunlar mənim üçün marağını itirdi. Sonra bunların hamısı müqavilələrin, marketinqin bir hissəsinə çevrildi", - deyə gənc məşhur jurnala müsahibəsində bildirib.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.