Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevə təyyarə ilə gətirilən Amerika hərbi maşınlarının birinci partiyasını qarşılayır. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər yayıb. Bu münasibətlə təşkil olunan tədbir "Borispol" hava limanında bu gün yerli vaxtla saat 13:40-da başlayıb. Hərbi texnikanın ilk partiyası HMMWV (Xamvi) amerika hərbi avtomobillərindən ibarətdir. Xatırladaq ki, Ukrayna bir müddət əvvəl Avropa İttifaqının 11 ölkəsi ilə hərbi texnikanın və silahların çatdırılması haqqında müqavilə imzalayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.