Millət vəkili Fazil Mustafa 23 fevral- Sovet ordusunun yaranma ildönümünün Azərbaycan məktəbliləri arasında yenidən bayram kimi qeyd olunmasına etiraz edib.
Musavat.com xəbər verir ki, F.Mustafa bununla bağlı sosial şəbəkədəki statusunda yazıb. Statusu təqdim edirik: "Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır. Bu uşaqların heç sovetlər barədə, onun ordu və donaması barədə təsəvvürləri də yoxdur, sadəcə bu tarixi 8 martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar. Yaşadığımız xeyli axmaq adətlərə İslam dini deyib illərlə, hətta indiyədək toplumu qandırdılar, millətimizə qan uddurmuş, cəhaləti qanımıza yeritmiş şəxsləri qəhrəman adı ilə yüzillərdir yaddaş menyümüzə soxdullar, bizlərsə mahiyyəti barədə düşünmədən razılaşdıq. Doğrudanmı məktəblərdə oğlanların bayramı deyəndə heç olmazsa uşaqlara başa salan yoxdur ki, sovet ordusunun yaranma günü əvəzinə 26 iyun Milli Ordumuzun yaranma gününü qeyd etsinlər? Mən uzun illər öncə qeyd olunan 23 fevral tarixini unutmuşam, bunu uşaqlarımız üçün görəsən hansı qüvvə yenidən canlandırıb?"
Musavat.com xatırladır ki, son bir neçə ildə, ələxüsus da bu il Bakı məktəblərində 23 fevral "oğlanların bayramı" kimi qeyd edilir. Həmin tarixdə əksər məktəblərdə qızlar öz oğlan sinif yoldaşlarına hədiyyələr alırlar. Bunun səbəbini isə əsasən 26 iyunda - Milli Ordunun yaranma ildönümündə yay tətilinin olması ilə izah edirlər.
Bununla bağlı redaksiyamıza müraciət edən valideynlər Təhsil Nazirliyi səviyyəsində məsələyə müdaxilə edilməsini və bu ənənənin yekunlaşdırılmasını tələb edirlər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.