Son olaraq "Bir aşk iki hayat" filmində rol alan Bergüzar Korel səmimi açıqlamaları ilə gündəmə gəlib.
Axşam.az-ın türk mediasına istinadən məlumatına görə, "Analığı sevirəm" deyən aktrisa yenidən övladı olmasını arzuladığını bildirib.
"Məni tanımayanlar haqqımda tənqidlər səsləndirir. Deyirlər, soyuq insanam. Amma yaxından tanıyanda "Necə də mehribansınız" deyirlər" deyə, Korel bildirib.
Bir oğlu olan Bergüzar Əli üçün ya qardaş, ya da bacı dünyaya gətirməyi düşündüyünü deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.