“Lester Siti”nin baş məşqçisi istefaya göndərilib.
İngiltərənin “Lester Siti” futbol klubunun baş məşqçisi Klod Püel Premyer Liqanın 27-ci turunda "Kristal Pelas"a 4:1 hesabı ilə məğlub olduqdan sonra istefaya göndərilib. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.
57 yaşlı fransalı mütəxəssis 2017-ci ilin oktyabr ayından “Lester Siti”nin baş məşqçisi kimi çalışırdı.
Fransalı məşqçi daha öncə “Monako”, “Lion”, “Nitsa”, “Sauthempton” kimi komandalarda baş məşqçi vəzifəsində çalışıb.
“Lester Siti” hazırda turnir cədvəlində 32 xalla 12-ci yerdədir. Turnirə 66 xalla “Liverpul” klubu liderlik edir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb