banner
banner

Dünya

“Airbus A320”də həlak olanların cəsədləri daşınır

“Airbus A320”də həlak olanların cəsədləri daşınır

Fransanın Alp dağları ərazisində qəzaya uğrayan təyyarədəki cəsədlər daşınmağa başlanıb. 

Xilasedicilər "Airbus A320" tipli təyyarədə həlak olan sərnişinlərin cəsədlərini çıxarmağa müvəffəq olublar. Cəsədlərin daşınması çərşənbə günündən etibarən başlanıb. 150 nəfərin öldüyü aviaqəzada çıxarılan cəsədlərin sayı hələlik açıqlanmır. 

Hazırda jandarmeriyanın axtarış əməliyyatını dayandırdığı, xilasedicilərin axtarışları cümə axşamı günü davam etdirəcəkləri bildirilir. 

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 144 nəfər sərnişin və altı heyət üzvü həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.