Çad hakimiyyəti regionda təhlükəsizliyin artırılması üçün Liviya ilə sərhədin bağlanması barədə elan ediblər.
Trend-in "Alwihda" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Silahlı Qüvvələrin rəhbəri Maxamat Abali Salah bildirib.
A.Salah deyib: "Bu zona, Çadın bir hissəsi olmasına baxmayaraq, bütün quldurlar, terroristlər və üsyançıların toplandığı yerə çevrilib. Dövlət vəziyyəti düzəltmək üçün tədbirlər gördü... biz bu məqamdan başlayaraq və sonrakı fərmanlara qədər Liviya və Çad arasındakı sərhədi bağlamaq qərarını qəbul etdik".
Qeyd edək ki, 2017-ci ildədə Çad Liviya ilə sərhədi bağlamışdı, lakin daha sonra sərhədin bir hissəsinin açılmasını elan etmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.