Karateçilərimiz Seriya A turnirində qızıl və bürünc medal qazanıblar
Əsas milli komandanın üzvlərindən Asiman Qurbanlı (+84 kq) və Ayxan Mamayev (-84 kq) Avstriyanın Zalsburq şəhərində mötəbər Seriya A karate turnirində müxtəlif medallara sahib olublar.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, A.Qurbanlı yarışın qalibi, A.Mamayev isə bürünc mükafatçı olub. Bürünc medal uğrunda həlledici görüşə qatılan Firdovsi Fərzəliyev (-60 kq) isə son saniyələrdə rəqibin mübahisəli zərbəsi ilə hesabda üstünlüyü əldən verib.
1-3 mart tarixlərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinin bu mövsüm ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.
Milli komandamızı martın son günləri İspaniyada Avopa çempionatı gözləyir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb