"Bir zamanlar Çukurova" serialı ilə məşhurlaşan Hilal Altınbilek meneceri ilə birlikdə fotokameralara tuş gəlib.
Axşam.az-ın türk mediasına istinadən xəbərinə görə, jurnalistlərin "Eşq var" sualına aktrisa "Eşqə vaxtım yoxdur. Kaş olsa" cavabını verib.
Çəkildiyi ekran işində ana olan Altınbilek "Analıq mənə yaraşdı deyirlər. Amma bizim üçün hələ tezdir. Həm də ilk əvvəl namizəd lazımdır" deyərək, sözlərinə əlavə edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.