Türkiyədə hərbçilərə smartfondan istifadə qadağan edilə bilər
Türkiyədə hərbi qulluqçulara smartfonlardan, o cümlədən internet və sosial şəbəkələrdən istifadə etmək qadağan oluna bilər.
Trend-in məlumatına görə, hazırda Türkiyədə bir sıra hərbi hissələrin ərazisində smartfonlardan istifadə qismən məhdudlaşdırılıb, lakin bu qayda bütün hərbi hissələrdə tətbiq oluna bilər.
Hərbi hissələrdə smartfonların işlədilməsinə dair əsas problem həmin telefonlardan casusluq məqsədilə istifadə olunma ehtimalı ilə bağlıdır.
Türkiyə Baş Qərargahı bu məlumatı nə təsdiq, nə də təkzib edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.