La Liqa: “Real Madrid” çətin səfərdə qələbə qazana bilib
İspaniya La Liqasının 27-ci turunda “Valyadolid” dogma meydanda “Real Madrid”I qəbul edib. Trend-in məlumatına görə, matç 1:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Hesabı “Valyadolid”in oyunçusu Tuhami 29-cu dəqiqədə açıb. Lakin Varan 34-cü dəqiqədə tarazlığı bərpa edib.
Benzema 51 və 59-cu dəqiqələrdə dubla imza atıb. Oyunda son nöqtəni Modriç 85-ci dəqiqədə qoyub.
Bununla da, “Real Madrid” 51 xalla üçüncü, “Valyadolid” isə 26 xalla 16-cı pillədə qərarlaşıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb