Almaniyaya Belçika ilə sərhəddən güclü “Eberhard” siklonu yaxınlaşır. Trend-in məlumatına görə, küləyin sürəti saatda 120 kilometrə çatır.
Almaniya Meteoroloji Xidmətinin «Twitter»-də verdiyi məlumata görə, siklon ilk olaraq Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts regionlarını vurub, daha sonra isə Hessen, Türingiya, Şimali Bavariya və Çexiyaya yollanır.
Siklonun gücü Bofort şkalası üzrə maksimum 12 bal gücündə dəyərləndirilir. Mütəxəssislər belə küləyin əhəmiyyətli dağıntılara səbəb olacağını söyləyir və açıq məkanlardan uzaq durmağı tövsiyə edirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.