banner
banner

Dünya

13 yaşlı uşaq 6 yaşlı qardaşını güllələdi

13 yaşlı uşaq 6 yaşlı qardaşını güllələdi

ABŞ-da 13 yaşlı uşaq tapança ilə 6 yaşlı qardaşını öldürüb, digərini isə yaralayıb.
Hadisə Florida ştatında baş verib. Yemək zamanı baş verən mübahisədə 13 yaşlı uşaq əsəblərini cilovlaya bilməyib və silahı götürərək atəş açıb. Nəticədə onun 6 yaşlı qardaşı ölüb, 16 yaşlı digər qardaşı isə yaralanıb. Onun həyatı üçün heç bir təhlükənin olmadığı deyilib. Qardaşını öldürəndən sonra 13 yaşlı oğlan özü də intihar etmək istəyib, amma buna imkan verilməyib. Onun da müalicə olunduğu və həyatı üçün təhlükənin olmadığı bildirilib.
Hadisə baş verən zaman uşaqlar evdə tək olublar. Anaları işdə olub. Evdə 6, 13, 16 və 18 yaşlı uşaqlar olub. Amma silahın kimə məxsus olması bilinmir. Yerli polis Kris Nokko hadisəni şərh edərkən bildirib ki, böyük ehtimalla, 6 yaşlı uşaq öz otağında oyun oynayarkən açılan atəşin qurbanı olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.