Fransa Liqa1-də bir oyun keçirilib. ONA-nın məlumatına görə, XVIII turdan təxirə salınan qarşılaşmada “Dijon” PSJ-ni qəbul edib.
Çempionatın turnir cədvəlinə başçılıq edən Paris təmsilçisi səfər matçında da dominant tərəf olub. Artıq 7-ci dəqiqədə Markinyoşun erkən qolu ilə hesabı açan qonaqlar fasiləyədək Killian Mbappenin fərqlənməsi ilə üstünlüyünü artırıb.
İkinci hissədə də hücumlarının kəsərini azaltmayan PSJ böyükhesablı qələbə qazanıb. Fasilədən sonra Anhel Di Mariya və Erik Şupo-Motinq qol sevinci yaşayıblar – 4:0.
Fransa Liqa1 XVIII turdan təxirə salınan oyun 12 mart “Dijon” – PSJ – 0:4 Markinyoş, 7, Mbappe, 40, Di Mariya, 50, Şupo-Motinq, 90+2
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.