Moskvada Dövlət Yol Polisinin bölməsində bir nəfər özünü yandırmağa cəhd edib. Bu haqda paytaxt polisinin mətbuat xidməti xəbər verib. "Bu gün Moskvanın Cənub dairəsinin Dövlət Yol Polisinin bölməsinə gələn kişi, üstünə yanar maye töküb və özünü yandırmağa çalışıb. Polis əməkdaşları bu vətəndaşı zərərsizləşdirib, təcili yardım briqadasını çağırıblar”, - deyə mətbuat xidmətindən bildirilib. Faktla bağlı paytaxt polisi araşdırmalara başlayıb.
Qeyd edilir ki, kişi sərxoş vəziyyətdə olub və daha əvvəl sürücü hüquqlarından məhrum edilib.(anspress)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.