“Ulduz müharibələri” (Star Wars) filminin çəklidiyi Tunis səhrasında yerləşən çəkiliş meydançası İŞİD terrorçularının hücum təhlükəsi ilə üzləşib. Rəsmilər bu yerlərə səyahət edən film pərəstişkarlarına xəbərdarlıq edib. Ölkənin cənubunda, Liviya ilə sərhəddə yerləşən Tatavin şəhərində filmdəki Darth Vader obrazının uşaqlığını keçirdiyi Tatooine planetinin çəkilişləri aparılıb. Bu yerlərdə İŞİD yaraqlılarının hücumu təhlükəsi olduğunu bildirən rəsmilər “Star Wars” pərəstişkarlarına bölgəyə səyahət etməməyi məsləhət görüblər. Qeyd edək ki, Tunisdə ötən həftə muzeydə həyata keçirilən və 10 nəfərin ölümü ilə nəticələnən terror hadisəsindən sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.