Ölkəsini vətəndaş qarşıduramsı bürüyən Yəmən prezidentinin harada olduğu açıqlanıb. Yəmən dövlət başçısı Abdrabbuh Mənsur Hadi Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada səfər edib. Bu barədə səudiyyəli nümayəndələr açıqlama yayıb. Açıqlamada bildirilir ki, Hadinin Səud Krallığından sonra Ərəb Birliyi sammitində iştirak etmək üçün iki günlük Misirə gedəcəyi gözlənilir. Bu, Yəmən prezidentinin Ədəndən çıxdıqdan sonra harada olması ilə bağlı yayılan ilk açıqlamadır. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəməndəki vəziyyətin gərginləşdiyini nəzərə alaraq hökumətə dəstək məqsədilə çərşənbə günü hərbi müdaxilə etməli olub. Hadinin isə bu ərəfədə qaçaraq Ədəndə gilzəndiliyi bildirilirdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.