banner
banner

İdman

“Yuventus” ilk məğlubiyyətini alıb, Milan derbisində “İnter” qalib gəlib

“Yuventus” ilk məğlubiyyətini alıb, Milan derbisində “İnter” qalib gəlib

İtaliya A seriyasında XXVIII tura yekun vurulub. ONA-nın məlumatına görə, turun daha 6 qarşılaşması baş tutub.

Çempionatın lideri “Yuventus” mövsümdə ilk məğlubiyyətini alıb. Turinlilərin startdakı məğlubiyyətsiz seriyası Genuyada qırılıb. “Cenoa” 2 cavabsız qolla lideri büdrədib.

Digər iddialı “Napoli” öz meydanında “Udineze”ni məğlub edib – 4:2. “Atalanta” isə gözlənilmədən autsayderlə matçda xal itirib.

Turun mərkəzi oyunu Milanda baş tutub. Şəhərin eyniadlı komandası derbidə “İnter”i qəbul edib. Beş qolun vurulduğu görüşdə qonaqlar qələbə qazanıblar.

İtaliya A seriyası
XXVIII tur
17 mart

“Cenoa” – “Yuventus” – 2:0
Sturaro, 72, Pandev, 81
“Atalanta” – “Kyevo” – 1:1
İliçiç, 55 – Meqqiorini, 32
“Empoli” – “Frozinone” – 2:1
Kaputo, 20, Payats, 38 – Valzania, 70
“Latsio” – “Parma” – 4:1
Marusiç, 22, Alberto, 26 (pen.), 38, Luliç, 44 – Sprokati, 77
“Napoli” – “Udineze” – 4:2
Yunes, 17, Kalyexon, 26, Milik, 57, Martens, 69 – Lasanya, 30, Fofana, 36
“Milan” – “İnter” – 2:3
Bakayoko, 57, Musakkio, 71 - Vesino, 3, De Vriy, 51, Martines, 67 (pen.)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.