Millimizlə yoldaşlıq oyunu keçirəcək Litva yığmasının heyətində dəyişiklik olub.
Qol.az yerli mətbuata istinadən xəbər verir ki, müdafiəçi Valdemar Borovski sıradan çıxıb.
"Riteriai"nin 34 yaşlı futbolçusu “Jalgiris”lə matçda zədələnib. Bu səbəbdən yığmanın baş məşqçisi Valdas Urbonas onu “Kauno Jalgiris”dən Egidius Vaytkunasla əvəzləyib.
Qeyd edək ki, martın 22-də AÇ-2020-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşacaq Litva 25-də Bakıda yığmamızın qonağı olacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb