banner
banner

Sağlamlıq

Diş ağrısına qarşı təbii vasitələr əlavə problemlər yaradır

Diş ağrısına qarşı təbii vasitələr əlavə problemlər yaradır

Diş ağrıyanlar heç də həmişə tez bir zamanda həkimə müraciət etmir. Ağrını kəsmək üçün uzun müddət bir çox təbii vasitələrə əl atılır. Hələ qədimlərdən diş ağrısına qarşı istifadə olunan təbii vasitələr günümüzdə də aktuallığını qoruyub saxlayır. Bu sırada mixək, sarımsaq, çörək otu, duzlu suyu, bundan başqa sirkəni, arağı qeyd etmək olar.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislər isə müvəqqəti ağrıkəsici effekti olan bu vasitələrlə bağlı fərqli düşüncədədirlər. Məsələn, Türkiyədən olan mütəxəssislər hesab edir ki, mixək, sarımsaq  dişlər üçün xeyirli deyil, əksinə onların zərərləri var.

Bu təbii vasitələr diş ağrısı zamanı istifadə olunduqda dişlərə və ətraf toxumalara zərər vurur.

Həkimlərə görə, dişdə ağrı varsa, onun öz-özünə, yaxud da təbii vasitələrlə ötüşəcəyini gözləmək düzgün deyil. Mixək, sarımsaq, araq, həmçinin aspirin həblərindən istifadə əslində vəziyyəti yaxşılaşdırmır, əksinə əlavə problemlərə yol açır.

 

Bu üsullardan istifadə dişlərdə, diş ətində iltihabın yaranması və dişlərin tamamilə sıradan çıxmasına şərait yarada bilər.

Ona görə də stomatoloqlar diş ağrıyan kimi həkimə müraciət olunmasını tövsiyə edirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.