Müxalifət liderinin Qərb xüsusi xidmət orqanları ilə əlaqələri ilə bağlı iddialar ortaya atılıb
Rusiyalı siyasətçi Boris Nemtsovun qətlindən bir ay ötdü. Müxalifətin tanınmış liderlərindən olan Nemtsov fevralın 27-də axşam saatlarında Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib. Təxminən 10 gün sonra Çeçenistan DİN əməkdaşı Zaur Dadayev, Anzor Qubaşev, Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov və Xamzad Baxayev həbs saxlanılıblar. İlk iki nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, barələrində ittiham irəli sürülüb.
Zaur Dadayev Nemtsovun qətli ilə əlaqəsini artıq etiraf edib. Digər dörd nəfər isə təqsirkar olmadıqlarını bildirir. Bununla belə, hakim istintaqın dəlilləri ilə razılaşaraq bəyan edib ki, əllərində onların təqsirini təsdiqləyən sübutlar var.
Qeyd edək ki, Rusiya mətbuatı Z.Dadayevin Nemtsovu İslam dini ilə bağlı fikirlərinə görə öldürdüyü haqda xəbər yaysa da, sonradan məlumat təkzib olunub. Hüquq-mühafizə orqanları isə hazırda qətlin sifarişçisi ilə bağlı hər hansı şəxsin şübhəli olmadığını bildirir. O da bildirilir ki, qətlin təşəbbüsçüsü və icraçıları Çeçenistan DİN “Şimal” batalyonunun keçmiş alay komandiri Zaur Dadayev və batalyonun digər keçmiş döyüşçüsü Bislan Şavanov olub. Qətlin bu iki nəfər tərəfindən planlaşdırıldığı iddia olunur. Boris Nemtsovun qətlində şübhəli bilinən Qroznı sakini Lev Yaşin isə polisə tabe olmayaraq özünü partladıb. Beslan Şavanov isə Çeçenistanda saxlanılarkən həlak olub.
Bu arada Rusiya mətbuatında Nemtsovun qətlinin Qərb xüsusi xidmət orqanları ilə əlaqələri ilə bağlı iddialar ortaya atılıb. “Komsomolskaya Pravda” qəzetinə müsahibə verən rusiyalı oliqarx, 2013-cü ildə Britaniyada evində ölü olaraq tapılmış Boris Berezovskinin Rusiyada olarkən mühafizə xidmətinə rəhbərlik etmiş Sergey Sokolov Nemtsovun ölümündə Qərb xüsusi xidmətlərini ittiham edib. Keçmiş mühafizəçi Nemtsovun qətlinin ABŞ kəşfiyyatının “əl işinə” bənzədiyini qeyd edib.
Hələlik isə rəsmi Moskva qətli ilə bağlı hər hansı açıqlama verməyə tələsmir. Rusiyada Nemtsovun qətli ilə bağlı yaranmış ajiotaj isə martın əvvəlində prezident Putinin 10 gün ərzində yoxa çıxması səngidi. Putinin qəfildən yoxa çıxması mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Dünyanın nüfuzlu media orqanları, ekspertlər bu hadisəni müxtəlif şəkildə yozdular. Hətta Putinin ağır xəstə olması, eləcə də hərbi elita tərəfindən istefaya məcbur edilməsi ilə bağlı versiyalarla gündəmə daşındı. Rusiya və dünya siyasi gündəmi Putinin yoxa çıxması ilə məşğul olduğu üçün müəyyən mənada Nemtsovun qətli mövzusu kölgədə qaldı. Bir çoxları Putinin yoxa çıxmasının məhz siyasi gedişi olub və ictimai rəyi yönəltmək məqsədi daşıyıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.