Apple iPad Air-in və iPad Mini-nin yeni modellərini təqdim edib. Trend-in məlumatına görə, yeni iPad Air-in diaqonalı 10.5 düym (26.67 sm)Retina ekranı, prosessor A12 Bionic və həmçinin şəklin keyfiyyətini yaxşılaşdıran True Tone texnologiyalı displeyi var.
iPad Mini üçün diametric 7.9 düym olan (20 sm) ekran saxlanılıb, lakin A12 Bionic prosessoru əlavə edilib. Bundan əlavə qurğunu Apple Pencil stilusu ilə idarə etmək mümkündür.
İPad Mini-nin qiyməti $399-dan, iPad Air üçün isə $499-dan başlayır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.