Dələngavazsınız? - Təcili həkimə gedin, beyin xərçəngi ola bilərsiniz
London Kral Universitetinin alimləri beyin xərçəngi olan xəstələr arasında bu xəstəliyin əlamətləri ni aşkara çıxarmaq üçün sorğu aparıblar.
Milli.Az medicina.az-a istinadən bildirir ki, sorğu nəticəsində beyin xərçəngi yaşayan xəstələrdə əsasən yaddaş pozulması və müvazinətin itirilməsi halları müşahidə edilib. Həmçinin də xəstəliyin ən bariz əlamətlərindən biri də dələngavazlıqdır.
61-70 yaş qruğuna daxil olan xəstələrdən biri: "Mən hər dəfə mətbəxdə qab yuyarkən yavaş-yavaş aşağıya doğru əyilirdim. Amma bu əlamətin hər hansı bir ağır xəstəliyin əlaməti olmasından və buna görə də həkimə müraciət etməli olduğumdan bixəbər idim. 51-60 yaş qruğuna daxil olan xəstələrdən biri isə gündüzlər çox yatdığını və bunu yaşı ilə əlaqələndirdiyini bildirib.
31-40 yaş qruğuna daxil olan xəstələrdən biri söhbət edərkən qısa müddətə dili tutulduğunu və hərəkət etditə bilmədiyini deyib. Bu əlaməti əhəmiyyətsiz hesab edərək həkimə müraciət etməyi belə düşünməyib.
Bütün xəstələr həkimə yalnız insult və demensiya şübhəsi ilə müraciət ediblər. Sorğuda iştirak edən bir çox xəstə isə görmə şikayəti ilə və ya yaxınlarının təkidi ilə həkimə müayinə olunublar.
Buna görə də, həkimlər bu cür şikayətlərlə qarşılaşan insanların vaxtında həkimə müraciət etmələrini məsləhət görürlər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.