banner
banner

Hərbİ

Nazir müavini: Azərbaycan Ordusunun 70 faizindən çoxu peşəkar hərbçilərdən ibarətdir

Nazir müavini: Azərbaycan Ordusunun 70 faizindən çoxu peşəkar hərbçilərdən ibarətdir

Bu gun Azərbaycan dövləti ordu üçün lazım olan hər seyi edir.

Trend-in məlumatına görə, bunu müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.

Nazir müavini bildirib ki, bu gün orduda maddi-texniki vəziyyətin möhkəmləndirilməsi ilə yanaşı, hərbi qulluqçulara tətbiq olunan müxtəlif müavinət ödənişləri və imtiyazların sosial paketi də genişlənir:

"Hərbi qulluqçuların, onların ailələrinin, həmçinin şəhid ailələrinin yaşayış, tibbi təminat və digər problemləri öz həllini tapır. Son 3-4 il ərzində hərbi şəhərciklərin və bazaların 80 faizdən çoxu yenidən qurulub və ya əsaslı təmir edilib, onlar müasir tələblərə cavab verir. Ordunun bütün infrastrukturunu tam əhatə etmək üçün bu işlər bu günə qədər sürətlə davam edir".

K.Vəliyev qeyd edib ki, Azərbaycan Ordusunun hərbi arsenalı da yenilənir, texnoloji baxımdan inkişaf edən ölkələrdən ən son hərbi texnika va silahlar alınır:

"Müasir silah və avadanlıqların olması mühüm göstəricidir. Lakin şəxsi heyətin bacarıq, peşəkarlıq və vətənpərvərliyi də vacibdir. Bu gün Azərbaycan Ordusunun 70 faizindən çoxu peşəkar hərbçilərdən ibarətdir. Biz diqqətimizi peşəkarlığa yönəltmişik. 2016-cı ilin aprel döyüşləri də, 2018-ci ilin may ayındakı Günnüt əməliyyatı da bizim haqlı olduğumuzu göstərdi".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.