banner
banner

Gündəm

MŞ-dən əxlaqsız video ilə bağlı - Bəyanat

MŞ-dən əxlaqsız video ilə bağlı - Bəyanat

Bu gün sosial şəbəkələrdə yayılmış əxlaqsız video-görüntünün geniş müzakirə predmetinə çevrilməsi diqqətimizdən yayınmadı. Əlbəttə, cəmiyyətin ahənginə, dəyərlərinə, mövcud yaşam tərzinə zidd hərəkət və davranışlara münasibətdə ictimai qınağın olması təbiidir. Ancaq düşünürük ki, media məhz məlum durumla bağlı qınağın formalaşmasında aktiv rol oynamamalıdır. Təəssüf ki, buna məhəl qoymayan bəzi internet informasiya vasitələrimiz oldu. Onlar ucuz sensasiya dalınca qaçmağa üstünlük verdilər.

Bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib.

O bildirib ki, əxlaqa zidd video-görüntünü xəbər kimi işıqlandıran, kimisə, kimlərisə hansısa formada qınağa çəkən, çəkməyə cəhd edən, qınağa çəkilməsinə şərait yaradan media vasitəsi birmənalı qaydada “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı pozur:

"Şəxsi həyata müdaxilə faktı olduğundan burada həmçinin qanunvericiliyin pozulması da diqqətdən yayınmamalıdır. Məsələyə soyuq baxış budur. Biri və biriləri əxlaqsızlıq edirsə, etdiyi əxlaqsızlığı yayırsa, nəzərə almaq lazımdır ki, media həmin əxlaqsızlığı hətta məhdudiyyət tətbiq edərək tirajlamaqla heç bir qınaq formalaşdırmır, cəmiyyətə örnək nə isə aşılamır, əksinə, əxlaqsızlığın bu və ya digər şəkildə şüurlara yeridilməsinə meydan verir, onu adiləşdirir. Həssaslıq hər bir hadisənin, prosesin sonrakı nəticələrini düşünmək məharətidir. Peşəkarlıq isə həmin nəticələrin ictimaiyyət üçün faydalılığını, səmərəliliyini görə bilmək bacarığıdır.

Həssaslıq və peşəkarlıq məlum video-görüntünün tirajlanmasının nəticələrinin orada yer alan şəxslər üçün hansı aqibəti yarada biləcəyini nəzərə almaqdır. Əfsus, media vasitələrimiz məsələni nəzərə almadılar".

Sədr 31 Mart soyqırımı günündə ortaya atılmış əxlaqsız görüntülərin böyük ayıb olduğunu vurğulayıb:

"Ortada böyük ayıb var. Belə bir ayıb 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə dövriyyəyə buraxılıb. Düşünmək olar ki, qəsdən edilib, planlı şəkildə. Jurnalist peşəkarlığı xüsusən buna diqqət yetirəcək, belə bir ehtimalı götür-qoy edəcək qədər həssas məsələdir. Təəssüf ki, bəzi internet media resurslarımızda həssas yanaşmanı görmədik.

Azərbaycan Mətbuat Şurası olaraq bütün media vasitələrini artıq neçənci dəfədir təkrarlanan cəmiyyətin dəyərlərinə zidd halları yayımlamaq kimi mənfi tendensiyadan imtina etməyə, oxşar hallara son qoymağa çağırırıq. Heç bir reytinq, IP göstərici yüksəkliyi bunu əldə etmək üçün seçilmiş yoldakı yarıtmazlığa, dəyərlərə etinasız münasibətə, etinasızlığın dolayı və birbaşa təbliğinə haqq qazandırmır. İstərdik ki, jurnalistlər bu tövsiyəmizi gələcəkdə ciddi şəkildə nəzərə alsınlar".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.