banner
banner

İdman

Nərminə Səmədova beynəlxalq turnirdən bürünc medal qazandı

Nərminə Səmədova beynəlxalq turnirdən bürünc medal qazandı

30-31 mart tarixlərində Riqada (Latviya) bədii gimnastika üzrə “Baltic Hoop” və “Riga Spring” adlı iki beynəlxalq turnir keçirilib.

Trend-ə Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata əsasən, Azərbaycan millisinin üzvləri hər iki yarışda çıxış ediblər. Böyüklər arasında təmsilçilimiz Veronika Qudis “Baltic Hoop” turnirində iki final mərhələsinə vəsiqə qazanıb. Yekun nəticədə gimnastımız həm gürzlər, həm də halqa ilə 8-ci yerdə qərarlaşıb. Çoxnövçülükdə isə Qudis 63.050 xalla 10-cu, digər təmsilçimiz Darya Sorokina isə 13-cü (60.350) olub.

 

Böyüklərin turniri ilə paralel gedən digər yarışda isə gənc gimnastlar medallar uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastları “Riga Spring” adlı yarışda 4 finalda çıxış ediblər. Belə ki, Nərminə Səmədova lent ilə çıxışına görə hakimlərdən 15.350 xal almağı bacarıb və bürünc medala layiq görülüb. Digər 3 final mərhələsində isə ölkəmizi Arzu Cəlilova təmsil edib. Arzu isə ən yaxşı nəticəsini ip ilə çıxışında göstərərək, turniri 5-ci yerdə bitirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.