"France Football" jurnalı cari mövsümün ən çox maaş alan futbol məşqçilərinin adlarını açıqlayıb.
Trend-in məlumatına görə, ilk pillədə İspaniyanın "Atletiko" klubunun baş məşqçisi argentinalı Diyeqo Simeone qərarlaşıb. D.Simeone ildə 41 milyon avro maaş alır.
İkinci və üçüncü yerdə öz klublarını mövsüm bitməmiş tərk edən portuqaliyalı Joze Mourinyo (31 milyon avro) və Tyeri Anri (25,5 milyon avro) qərarlaşıblar.
"Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola (24 milyon avro) dördüncü, Barselonanın baş məşqçisi Ernesto Valverde (23,5 milyon avro) isə beşinci sırada qərarlaşıblar.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb