Can Yamanə müdafiə etdi: “Mənə görə dalaşıb” “Mənə görə dalaşıb”
Aktyor Can Yamanın "Erkençi Kuş" serialının çəkilişi zamanı əsəbiləşərək tamaşaçılardan birinə fotoaparat atdığı xəbəri yayılmışdı.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisa Demet Özdemir sosial şəbəkədə paylaşım edərək, çıxan xəbərlərin yalan olduğunu söyləyib:
"Bu gün “fanatı” adı ilə xəbərlərdə çıxan adam çəkiliş meydançasına icazəsiz daxil olub və xəbərdarlıq edildiyi halda meydançadan çıxmayıb. Çəkilişi dayandırıb, Canın qolundan tutub, mənə söz atıb. Can "fanatdan" qolunu xilas etməyə çalışarkən fotoaparat əlindən yerə düşüb. Can Yaman və "Erkençi Kuş" komandası zərər çəkmiş tərəfdir. Mənfi hərəkətlər heç vaxt sevgi göstərişi ola bilməz. O adama şiddət göstərilməyib. Hər zaman çəkiliş meydançasına qonaq gələn pərəstişkarlarını sevgi ilə qucaqlayan tərəf müqavilim haqqında çıxan yalan xəbərləri aydınlatmaq və çox kədərləndiyimi bildirmək istəyirəm"
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.