banner
banner

Dünya

Avropaya macəralı miqrasiya axınları

Avropaya macəralı miqrasiya axınları

2014-cü ildən bu yana 276 mindən çox adam qeyri-qanuni yollarla Avropa İttifaqı ölkələrinə köç edib.  Cia.az xarici mətbuata istinadən xəbər verir ki, təkcə Balkanlar üzərindən qaçanların sayı artaraq 43 mini keçib.

İnsan qaçaqçıları Yunanıstandan gələn afrikalı immiqrantları dağ-dərə yollarıyla Avropa İttifaqına açılan qapı Macarıstana gətirirlər.

Günlərlə davam edən bu macəralı səfərdə qadınlar və uşaqlar daha çox əziyyət çəkirlər.

Yollarda qarşılaşılan vəziyyətlərə görə marşrut dəyişdirən qaçqın immiqrantlar açıq havada dəlmə-deşik çadırlarda gecələməli olurlar. Səfərin çətinliklərinə dözməyənləri geriyə - Yunanıstana göndərirlər.

Bu ilin ilk 2 ayında 22 min qaçqın artıq Macarıstana qədər gəliblər. Beləliklə, öz ölkələrində vəziyyət ağırlaşdıqca dünyanın hər yerinə, o cümlədən Avropa ölkələrinə müxtəlif qeyri-qanuni yollarla axışan qaçqınların sayı artır



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.