Ukraynada baş verən hadisələrlə Suriya böhranı arasında əlaqə və oxşarlıq var. Bunu Suriya prezidenti Bəşər Əsəd bildirib. O deyib ki, hər iki ölkə Rusiya üçün mühüm əhəmiyyət kəsb edir və hər iki ölkədə baş verən hadisələrin hədəfi Rusiyanı zəiflətmək və kukla dövlətləri yaratmaqdır: "Qərb Suriyanın və Ukraynanın işlərinə qarışaraq eyni ssenari üzrə hərəkət edir." Prezident jurnalistlərlə söhbətində vurğulayıb ki, Qərbin Suriyada hakimiyyəti dəyişmək cəhdləri onilliklərlə davam edir. Mən ölkə rəhbəri kimi Suriyaya edilən kənar təsirlərə qarşı duracağam. Çünki istənilən dövlətin və onun rəhbərinin vəzifəsi xalqın və ölkənin maraqlarını müdafiə etməkdir. Sözsüz ki, dövlətin rolu bu maraqları reallaşdırmaqdan ibarətdir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.