2014-cü ildə Ermənistanın 5 min 242 vətəndaşı dünyanın 44 ölkəsindən siyasi sığınacaq istəyib. Bu barədə Ermənistanın "Haykakan jamanak" qəzeti yazıb. Qəzet bu rəqəmlərin Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəsindən götürüldüyünü bildirir. Məqaləyə görə, 220 nəfər dərhal bu istəyinə çatıb. Qalan müraciətlər isə araşdırma mərhələsindədir. Qəzet bildirir ki, BMT məruzəsinə görə, son iki ildə Ermənistandan siyasi sığınacaq üçün 10 min manat vətəndaş müraciət edib. Ermənistan vətəndaşlarını başa düşmək asandır - hakimiyyəti ələ keçirmiş “Qarabağ” klanı alternativ fikri siyasi tribunaya buraxmaq istəmir, bunun üçün hətta 2008-ci ilin 1 mart tarixindəki kimi qanlı qırğınlar törədir.
Siyasi miqrasiya ilə yanaşı Ermənistandan iqtisadi mühacirət də artıb. 2014-cü ildə Ermənistandan mühacirət 4 min nəfər artaraq 47 minə çatıb. Adamlar sadəcə ailəsini dolandıra bilmədikləri üçün ölkəni tərk edirlər. Hər il minə yaxın avtobus özləri ilə ləyən, tava, çaydan, çəngəl-qaşıq, stəkan və s. kimi məişət əşyaları aparan erməni ailələrini birdəfəlik Ermənistandan çıxarır. Bunun nəticəsidir ki, Ermənistanın sayı cəmi 900-ə çatan kəndlərinin bir neçə yüzü artıq boşdur. Bir neçə yüzündə isə yalnız icra nümayəndələrinin ailəsi qalır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.