banner
banner

Dünya

Prezident görüşə silahla gəldi- FOTOLAR

Prezident görüşə silahla gəldi-

Ukraynanın prezidenti Petro Poroşenko ABŞ nümayəndələri ilə görüşə silahla gəlib.
Prezident amerikalı rəsmiləri aeroportda qarşılayarkən çəkilən şəkillər internet istifadəçilərinin böyük marağına və səs-küyə səbəb olub. Şəkil ABŞ-ın hərbi "Humvee" maşınlarının Ukraynaya gətirilməsi zamanı çəkilib. İnternet istifadəçiləri isə Ukrayna prezidentinin bu formada görüşə gəlməsini şişirdilmiş hesab ediblər. "Baldırında pistoletlə gəlmək bir az ağ olub. Madam ki, belədir, onda tam formada hazırlıqlı gələrdin - dəbilqə, zirehli geyim, taktiki eynəklər, avtomat, 10 qranat... Bir də taktiki bıçaq və tibbi çantanı da unutma", - deyə şərhlərdə yazıblar.
Qeyd edək ki, keçən çərşənbə günü Ukrayna ABŞ-ın hərbi "Humvee" maşınlarının ilk partiyasını alıb. Ümumilikdə ABŞ Kiyevə 230 belə maşın göndərməyi planlaşdırır. Hərbi maşınların qalanı növbəti 45 gün ərzində Ukraynaya çatdırılacaq. Bu maşınlar Donbassda xüsusi hərbi əməliyyatlar aparılan yerlərə göndəriləcək.






















Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.