banner
banner

Gündəm

Məşhur iş adamı müflis olub, kirayə evdə yaşamağa başlayıb

Məşhur iş adamı müflis olub, kirayə evdə yaşamağa başlayıb

“Mən bu gün kirayədə yaşayıram. Banklar evlərimi əlimdən alıblar. Bir neçə gün öncə uşaqlarımı da məktəbdən çıxarıblar. Onlar da mənim kimi ev dustağına çevriliblər. Anlamadığım bir şey var, sizin təzminat ödənişi göstərişinizi 11 ildir yerinə yetirmirlər. 11 ildə 4 övladım, 2 nəvəm dünyaya gəlib. Bütün ailə tam bir fəlakətdə yaşayır”- hazırda ev dustağı olan iş adamı Sahib İbrahimov özünün facebook profili üzərindən ölkə rəhbərliyinə videomüraciətdə belə deyib. İş adamı S.İbrahimov dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Sahib İbrahimov “Yeni Müsavat”a deyib ki, Bakının Səttar Bəhlulzadə 14 ünvanında onun şirkəti tərəfindən inşa olunan binanın sökülməsinə və ona təzminat verilməsinə göstəriş verilib: “Mənə tapşırıq verilib, yerinə yetirmişəm. Sözü verilən təzminatla, mənə dəymiş ziyan ödənilməyib. Mən cinayətkar deyiləm. Mənə qarşı təqiblərə son qoyulmasını, cinayət işinə xitam verilməsini istəyirəm”.

Məşhur iş adamı Sahib İbrahimov ile ilgili görsel sonucu

S.İbrahimov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesindən danışarkən qeyd edib ki, 11 ildir ona təzminat ödənmir: “Hamı bilir ki, orada nə məhkəmə gedir. 11 ildir ki, təzminatla bağlı müraciət edirik, bizə cavab verən yoxdur. 11 ildir bilmirik ki, bu binanın pulunu kim verəcək, necə verəcək? Teleqram göndəririk cənab prezidentə çatmır, videomüraciət edirik, cənab prezidentə çatmır. İmkan vermirlər ki, gedib prezidentə çatsın. Prezident 3 dəfə göstəriş verib ki, gedib iş adamının təzminatını ödəyin. Ödəmirlər. Biz də prezidentə sözümüzü çatdıra bilmirik. Ona görə də əlacsız qalıb videomüraciət yaymışıq. İnşallah, baxar. Düşünürük ki, bir gün baxar. Nə qədər olar məktubları gizlətmək. Məhkəmə də gedir. Ora gələn zərərçəkənlər məni tanımırlar, məndən şikayətçi də deyillər”.

İttiham aktına görə Sahib İbrahimov külli miqdarda dələduzluq etməkdə şübhəli bilinir. İş üzrə 52 zərərçəkən var.

Sahib İbrahimov deyir ki, prezidentə əvvəlki müraciətlərindən sonra ona qarşı addımlar atılıb, susdurulmasına cəhdlər olub. “Bəs son müraciətinizə mənfi və ya müsbət mənada reaksiya varmı” sualına Sahib İbrahimov “Hələlik heç bir reaksiya yoxdur” deyə cavab verib: “Məni susdurmaq üçün üstümə cinayət işi açdılar. Bəlkə susum. Mən videomüraciətimdə də bunu dedim. Ümid edirəm ki, müraciətimə baxılacaq”.

Qeyd edək ki, hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.