banner
banner

Şou

Günayın eks-əri niyə kamaz sürücüsü olub?

Günayın eks-əri niyə kamaz sürücüsü olub?

Model Günay Musayevanın eks-əri, türkiyəli aktyor Tolqa Karelin Amerikada sürücülük etməyə başlaması müzakirə obyektinə çevrilmişdi.

 

Axşam.az xəbər verir ki, aylıq 8 min dollar gəliri olan Karel kamaz sürücüsü olmağının səbəbini açıqlayıb.

“Sənin olmayan bir ytükü A nöqtəsindən B nöqtəsinə aparanda məsuliyyəti öyrənirsən. Bu da səni dürüst, səbirli olduğunu, gerçəyin təbiətdə gizləndiyini görmək məni böyüdür. Fərqli şəhərlərdə, fərqli insanlar görmək insana çox şey öyrədir. Sevdiyim bir işi görürəm, eyni zamanda evimə pul aparıram. Alın təri ilə qazandığım pul düzgün insan olmağıma yardım edir. Səbrimi, nəfsimi nəzarətdə saxlaya bilirəm. Evdən uzaqda qalanda ailəm üçün necə darıxdığımın, yaşayarkən onlara daha çox vaxt ayırmalı olduğumun fərqinə varıram” deyə, Tolqa yazıb.

Qeyd edək ki, aktyor iki ildir Amerikaya köçüb. Onun Günayla olan evliliyindən Cihangir adlı oğlu var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.