Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranı terrorçuluqda ittiham etməsinə rəsmi Tehranın cavabı sərt olub. "Altılıq" ölkələri ilə nüvə müzakirələri aparan İranın xarici işlər naziri İsveçrənin Lozanna şəhərində Ərdoğanın ittihamlarına belə cavab verib: "Öz yanlış strategiyası və eqoist siyasətləri ilə böyük xəsarətlərə səbəb olan şəxslər yaxşı olar ki, məsuliyyətli şəkildə davranaraq, mövcud potensiallardan regionda sabitliyin bərqərar edilməsi və regional inteqrasiyanın inkişafı yolunda addım atsınlar".
İranın xarici işlər naziri Tehranın müxtəlif sahələrdə Türkiyə ilə strateji əməkdaşlıqlara xüsusi önəm verdiklərini və qarşı tərəflə hörmət əsasında davrandığını vurğulayıb: "İran qardaş ölkələrlə birlikdə Yəməndə sabitlik və təhlükəsizliyin bərqərar edilməsi habelə, bu ölkənin birliyinin qorunması məqsədilə bütün yəmənli qruplar arasında dialoq və müzakirələrə şəraitin yaradılmasına kömək etməyə hazırdır". Qeyd edək ki, Ərdoğan verdiyi açıqlamasına İranın regional siyasətlərini dözülməz adlandırmaqla yanaşı Tehranın mövqeyini İŞİD terror qruplaşması ilə eyniləşdirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.